14:44 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. 2025-ci ilin doqquz ayında Mərkəzi Asiya ölkələrindən Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının ümumi həcmi 33 mln dollar təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövründə 28.36 mln dollar idi. Beləliklə, region üzrə daxilolmalar 4.64 mln dollar və ya 16.4% artıb.
Regionun pul daxilolmalarda şəriksiz lideri Qazaxıstandır. Bu ölkədən daxil olan pul baratları 2024-cü ilin 9 ayında 17.79 mln dollar olduğu halda, 2025-ci ilin eyni dövründə 18.47 mln dollara yüksəlib. İllik müqayisədə artım 0.68 mln dollar, faiz ifadəsində isə 3.8% təşkil edib.
Özbəkistandan Azərbaycana daxil olan pul baratlarının həcmi 8.23 mln dollardan 11.03 mln dollara yüksəlib. Bu, 2.8 mln dollar və ya 34% artım deməkdir və Mərkəzi Asiya ölkələri arasında ən yüksək artım məhz Özbəkistan üzrə qeydə alınıb.
Qırğızıstandan daxilolmalar isə 2024-cü ilin 9 ayında 2.34 mln dollar, 2025-ci ilin eyni dövründə isə 3.5 mln dollar olub. Nəticədə illik artım 1.16 mln dollar, faizlə isə 49.6% təşkil edib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026