11:06 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. - (özəl xəbər) - "Unibank"ın vaxtı keçmiş kreditlərinin həcmi artıb. Bank bu barədə dəqiq rəqəmləri açıqlamasa da, internetdə apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar.
Belə ki, bankın 2024-cü ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərinin həcmi 48-53 milyon manat civarında olub.
ABC.AZ-ın təxmini hesablamalarına və internetdən əldə etdiyi məlumatlara görə, "Unibank"ın bu ilin 9 ayındakı problemli kreditləri isə 50-55 milyon manat təşkil edib.
Təbii ki, bunlar təxmini rəqəmlərdir, amma bütün hallarda bankda problemli kreditlərin 3-5 milyon civarında olduğunu aydın görmək olur. Bu isə 9 aya görə kifayət qədər artım deməkdir.
Qeyd edək ki, vaxtı keçmiş kreditlər artdıqca Bankda likvidlik (yəni nağd pul) problemi də çoxalmış olur.
Çünki, Bankdan pul çıxıb, geri qaytmadıqda Bankda müəyyən çətinliklər də yaranmış olur.
Müəllif: Elmir Muradov
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026