14:59 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-noyabr aylarında 553.3 milyon manatlıq məhsul istehsal edilib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 8.7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33.9 faiz azalıb.
2025-сi ilin yanvar-noyabr aylarında 3736 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1489 ədəd az minik avtomobili istehsal olunub.
01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 166 ədəd təşkil edir.
Yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17.4 faiz, yük avtomobillərinin istehsalı isə 52.6 faiz azalıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026