AMB uçot dərəcəsini azaldıb

11:51 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azalaraq 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6%-dən 5,75%-ə, yuxarı həddi isə 8%-dən 7,75%-ə endirilib.

"Qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına (4±2%) uyğunluğu, dünya iqtisadiyyatında və maliyyə bazarlarında mövcud vəziyyət, daxili makroiqtisadi tendensiyalar, habelə pul siyasəti qərarlarının real sektora ötürülməsi nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bildirib.

Qərar dekabrın 11-dən qüvvəyə minir.