Cari əməliyyatlar balansında 3 mlrd dollar profisit yaranıb - Mərkəzi Bank

11:37 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. 2025-ci ilin ilk 9 ayında tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib.

Qeyd olunur ki, təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.