"MasterCard" kartları ilə oktyabrda əməliyyatların həcmi açıqlanıb

17:26 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 79,2 milyon əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 5 milyard manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 9,1 milyon (13 faiz) artıb, əməliyyatların həcmi isə 149 milyon manat (3,1 faiz) çoxalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 441,2 min, ümumi həcmi isə 45,1 milyon manat olub. ©Trend