Bu dövrdə orta sahibkarlıq subyektlərinə 2,250 milyard manat kredit verilib

17:06 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Bu ilin noyabrın 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,266 milyard manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 15,9 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 471 milyon manat və ya 26,2% çoxdur.

Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,250 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,795 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud 6,8% çoxdur.