Azərbaycanda bankların ümumilikdə 500 filialı fəaliyyət göstərir

11:30 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. 31 Oktyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,430 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda vurğulanıb. Belə ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26,921 nəfər təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,341.9 mln. manat, cəmi öhdəlikləri 49,182 mln. manat, balans kapitalı 7,159.9 mln. manat olub.

Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 mln. manat artaraq 29,403.9 mln. manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.1% (15,623.4 mln. manat); ıı) istehlak kreditləri – 31.4% (9,232.4 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,548.1 mln. manat).