İndiyədək İslam Korporasiyasının xətti ilə 3 Azərbaycan bankına vəsait ayrılıb

16:53 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) 2024-cü ilin yanvar ayından İslam İnkişaf Bankı özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının xətti
ilə 3 yerli Azərbaycan bankına vəsait ayrılıb.

Bunu ABC.AZ-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirib.

O qeyd edib ki, burada əsas vəsaiti verən İslam İnkişaf Bankı özəl sektorun inkişafı üçün İslam Korporasiyasıdır: "Burada bizim Azərbaycanın yerli sahibkarları üçün, xüsusən də sahibkarlar üçün 170 min manatlıq layihələrə vəsaitlər verilir. Xüsusən də dövriyyə vəsaitinin alınmasına vəsait verilir və bu yolla, həmin vəsait alınır və şirkətə satılır. Buna deyirlər murabaha qaydası ilə ticarət. Yəni, islam bank qurumları hər hansı bir  mebel istehsalı ilə məşğuldursa, ona lazım olan taxta və ya kraska boyalarını alır və ya hər hansı bir avadanlığı əldə edir və baha qiymətə vədəli olaraq iki və ya üç
illiyinə satır. Yəni hal-hazırda bu qurumlar, bu şəkildə işi görür".

Müəllif: Elmir Muradov