11:06 - 26.11.2025
26 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) Bildiyiniz kimi, yanvarın əvvəlindən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 min manat olan limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur.
Bununla da vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Qərar bir çox sahibkarı sevindirsə də, bəziləri məsələnin mahiyyətini tam anlamayıb. Mövzunun aktuallığını nəzərə alıb iqtisadçı-ekspert Rəşad Həsənovdan məsələyə münasibət öyrəndik.
Ekspert ABC.AZ-a bildirdi ki, əlbəttə ki, hökümət böyük ehtimalnan sadələşdirilmiş verginin müvafiq tərəflərini düşünür.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, hökumət indiki şərtlər daxilində azalan neft gəlirlərini bu və ya digər şəkildə qeyri-resurs iqtisadiyyatı hesabına kompensasiya etmək və bu siyasəti davam etdirmək yolu ilə fiskal dayanıqlığın risklərini neytrallaşdırmağa çalışır: "Çünki hökumətin özü də 2029-cu ilə qədər strateji və orta müddətli xərclər çərçivəsinə diqqət etsək, görərik ki, neft gəlirlərinin büdcədə beş milyard manat azalmasını proqnozlaşdırır. 2026-cı ildə bu göstərici 18 milyard olacağı halda, 2029-cu ildə 13 milyarda düşəcəkdir.
Əvəzində isə xərcləri iki milyard manat artırmağı nəzərdə tutur. Yəni hazırda 41.7 milyard olan proqnozlaşdırılan 2026-cı il büdcəsi 2029-cu ildə 43.8 milyard proqnozlaşdırılır və bu şərtlər daxilində yaranan fərqin bu və ya digər şəkildə müxtəlif mənbələr hesabına kompensasiyası siyasəti həyata keçirilməkdədir. Bunlardan biri də muzdlu gəlirlərin vergiyə cəlb edilməsi yoludur". Ekspert hesab edir ki, hökumət hazırda seçim qarşısındadır.
"Amma düşünürəm ki, ilk növbədə məhz müvafiq istiqamətdə addımlar atılmalı idi. Bu günə qədər va bundan sonra da müəyyən qədər bu istiqamətdə daha geniş, fundamental nəticələr əldə edildikdən sonra müvafiq prosesə start vermək mümkün olardı. Digər burada məsələ, hansı ki, geri dönüş ola bilər. Əlbəttə ki, təcrübədə bənzər yanaşmalar olub.
Mümkündür ki, yəni əgər faktiki olaraq son illərdə müəyyən mənada görünür ki, formal əmək bazarının genişlənməsi istiqamətindəki meyillər risk altına düşərsə, hökumət bu zaman böyük ehtimalla bu siyasətdən geri dönüş edərək yenidən dəstəkləyici, təşviq mexanizmlərinə üz tuta bilər. Və yaxud da ki, ümumi yükün azaldılması ilə bağlı qərarlar qəbul edə bilər.Hansı ki, burada əmək haqqı fondunda əsas yük formalaşdıran xərc istiqamətlərindən biri də məcburi dövlət sosial sığorta üzrə öhdəliklərdir. O ki qaldı sadələşdirilmiş vergi ilə bağlı məsələyə də, düşünmürəm ki, qısamüddətli dövrdə ciddi nəticələrə gətirib çıxaracaq.
Çünki burada bilirsiniz ki, nağdsız dövriyyə tələbi qoyulub. Düzdür, yəni iqtisadiyyatın son meyilləri, ümumiyyətlə götürəndə, nağdsız dövriyyə istiqamətində müəyyən bir çağırışlar yaradıb və kiçik sahibkarlıq subyektləri də artıq bu çağırışlarla üzləşməkdədir. Nə qədər müqavimət göstərsələr də, onlar öz iqtisadi fəaliyyətlərində dövriyyənin müəyyən bir qismini nağdsız formada həyata keçirmək məcburiyyətində qalırlar. Amma bütövlükdə götürəndə qısamüddətli dövrdə ciddi nəticələr gözləmirəm.
Orta uzunmüddətli dövrdə isə artıq nağdsız dövriyyənin geniş təşəkkül tapdığı iqtisadi mühitdə əlbəttə ki sadələşdirilmiş vergi öhdəliyi üzrə limitin artırılması bu və ya digər şəkildə kiçik və mikro sahibkarlıq subyektlərinin əlinin rahatlanmasına, vergi inzibatçılığı istiqamətində nisbətən daha əlverişli mühitin formalaşmasına, eyni zamanda, hətta düsünürəm ki, bu yanaşmanın özü bu vəya ya digər şəkildə qeyri formal sahibkarlıq fəaliyyətini də təşviq edə bilər.
Dediyimiz kimi, ortamüddətli uzunmüddətli dövrdə o baxımdan ki, 200000 limitini keçmək problemi ilə üzləşməyən sahibkar bu və ya digər şəkildə nağdsız ödənişləri də hansısa formada ya digər şəkildə qeyri formal sahibkarlıq fəaliyyətini də təşviq edə bilər"; - deyə R.Həsənov bildirib.
Müəllif: Elmir Muradov
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026