Alphabet-in kapitallaşması səhmlərin rekord artımı fonunda 4 trilyon dollara yaxınlaşıb

11:49 - 25.11.2025


25 noyabr, Fineko/abc.az. Bazar ertəsi günü Alphabet-in (Google) kapitallaşması 3,82 trilyon dollara çatıb və şirkət 4 trilyon dollara yaxınlaşraq eksklüziv bazar nəhəngləri klubuna üzv olmaq üçün tarixdə dördüncü olub. Alphabet-in səhmləri 5%-dən çox artaraq səhm başına 315,9 dollar olan tarixi maksimumu əldə edib.

ABC.AZ xəbər verir ki, ilin əvvəlindən bəri artım, Microsoft və Amazon kimi AI rəqiblərini qabaqlayaraq təxminən 70% təşkil edib.

İnvestorlar yenidən Alphabet-i izləyirlər. Şirkət əsas böyümə drayverlərindən birinə çevrilən bulud biznesini fəal şəkildə inkişaf etdirir və Gemini 3 kimi uğurlu AI modellərini təqdim edir. Berkshire Hathaway səhmdarlar arasında olması da bazar marağını artırıb.