14:01 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. Son bir ildə qlobal bank sektoru süni intellektin (Sİ) potensialı ilə bağlı nəzəri müzakirələrdən onun əsas əməliyyat proseslərinə dərin inteqrasiyasına keçib.
Bunu ABC.AZ-a müsahibəsində PAŞA Bank-ın İdarə Heyətinin üzvü Cəlal Orucov bildirib.
Onun sözlərinə görə, bu xüsusilə tranzaksiyaların emalı, risklərin idarə edilməsi, müştəri ilə qarşılıqlı əlaqə və operativ səmərəliliyin artırılması kimi sahələrdə daha aydın görünür.
Bank rəsmisi qeyd edib ki, Azərbaycan bank sistemi də eyni xətt üzrə inkişaf edərək xidmət keyfiyyətinin və müştəri əməliyyatlarının davamlılığının gücləndirilməsi məqsədilə süni intellekt əsaslı həlləri fəal tətbiq etməkdədir:
"Bu mövzu bir neçə gün öncə keçirilən IX Beynəlxalq Bank Forumunda da geniş müzakirə olundu. PAŞA Bank kimi bu sahədə aparıcı iştirakçılardan biri olaraq qeyd edə bilərəm ki, biz fəaliyyətimizin rəqəmsal inkişafına ardıcıl şəkildə ciddi investisiyalar yatırırıq. Bu yanaşmamız, əməliyyatların daha sürətli aparılmasını və müştəri təcrübəsinin yaxşılaşmasını təmin edən maşın öyrənməsi həllərinin (meachine learning solutions) bankda getdikcə daha geniş tətbiq olunduğunu açıq şəkildə göstərir".
Müəllif: Elmir Muradov
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026