16:05 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. Rusiyadan gələn Astoria Grande kruiz gəmisi, Bakı vaxtı ilə saat 16:00-a qədər Türkiyə hakimiyyəti müvafiq icazə verməsə, İstanbulda yan ala bilməyəcək. Belə halda gəmi kruiz cədvəlini pozmamaq üçün Soçiyə gedəcək.
ABC.AZ xəbər verir ki, sərnişinlərin sözlərinə görə, gəmi bir neçə saat Marmara dənizində lövbərda qalaraq, yan ala bilmir. Marinetraffic portalına görə, Astoria Grande layneri Bakı vaxtı ilə 6:00-dan etibarən lövbərdə dayanıb.
Məlumata görə, Türkiyə hakimiyyəti Astoria Grande komandasını hazırkı vəziyyətin İstanbula sonrakı bütün səfərlərə təsir etməyəcəyinə əmin edib.
Gəminin Soçiyə qayıtması halında, cədvələ uyğun olaraq noyabrın 22-də Rusiya limanına çatacaq. İstanbula gələn laynerin növbəti reysi elə həmin gün, lakin artıq Soçidən planlaşdırılır.
Hazırda gəmidə 616 sərnişin var, onların əksəriyyəti Rusiyalılardır, həmçinin 435 ekipaj üzvü var.