11:54 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. Ölkə üzrə borcalanların skorinq göstəriciləri açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəri Kamal Mirzəyev Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə məlumat verib.
O bildirib ki, ümumilikdə 4,9 milyon şəxsin skorinq profili formalaşıb və onların 3 milyonunun aktiv skor balı mövcuddur: "Bu borcalanların cari skorlarının kateqoriyalar üzrə paylanması aşağıdakı kimidir: pis kateqoriyada – 8%, kafi kateqoriyada – 26%, orta kateqoriyada – 33%, yaxşı kateqoriyada – 21% və əla kateqoriyada – 11%".
K. Mirzəyev vurğulayıb ki, borcalanların böyük hissəsinin “orta” kateqoriyasına düşməsi əsasən uzunmüddətli öhdəliklər, borc yükü və kredit sayı kimi faktorlarla bağlıdır.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026