12:32 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Artıq bəzi bank filiallarında süni zəka texnologiyalarından istifadə olunur.
ABC.AZ xəbər verir ki, bunu "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldovada Məsləhət və Konsaltinq Xidmətləri üzrə Klaster rəhbəri Eren Özkan Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
"İkinci vacib mövzu gömülü maliyyə (embedded finance) və "Banking as a Service"dir. Hazırda dünyada fəaliyyət göstərən təxminən 25 000 bank var. "Mastercard" olaraq biz bu bankların, demək olar ki, hamısı ilə əməkdaşlıq edirik. Amma bank olmayan, sadəcə maliyyə xidmətləri təqdim edən şirkətlərin sayı 50.000-dən çoxdur. Bu çox böyük bir rəqəmdir. Bir çox şirkət bank olmasa da kredit verə bilir, kart təqdim edə bilir və müxtəlif bankçılıq xidmətləri göstərir" - deyə, "Mastercard" rəsmisi bildirib.
Müəllif: Elmir Muradov