16:29 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Hindistanın bank sektoru, ölkə hökumətinə iki ölkə arasındakı münasibətlərin yaxşılaşması fonunda Çin ilə beynəlxalq əməliyyatlarda və ikitərəfli ticarətdə Çin valyutası ilə aparılan əməliyyatlarını çoxaltmağı təklif edib.
ABC.AZ xəbər verir ki, bu barədə The Times of India nəşri mənbələrə istinadən xəbər verir.
Banklar, Hindistan-Çin ticarətini genişləndirmək və Hindistan və Çinin milli valyutalarını qlobal bazarda gücləndirmək üçün beynəlxalq bölmələrinə və ilk növbədə Qərbi Gujarat əyalətindəki ən böyük texnoloji beynəlxalq maliyyə xidmətləri mərkəzinə yuan ilə əməliyyatlara icazə verməyi təklif edirlər.
2024-cü ildə Hindistan hakimiyyəti İsveç, Danimarka, Norveç və Yeni Zelandiyanın milli valyutalarının beynəlxalq ticarətdə bank hesablamalarında istifadəsinə icazə vermişdi, nəticədə Hindistan banklarının əməliyyatlarında xarici valyutaların ümumi sayı 15-ə çatmışdı. Times of India-nın məlumatına görə, yuan ilə əməliyyatlar təklifi hazırda Hindistan Nazirlər Kabineti tərəfindən nəzərdən keçirilir, onun təsdiqlənməsi yaxın gələcəkdə gözlənilir.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026