Yeni yaradılmış şirkət nizamnamə kapitalını kəskin azaldır

14:59 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. "Vega İnvestment" MMC nizamnamə kapitalını 1 000 dəfə azaldaraq 17 milyon manatdan 17 min manata endirdiyini elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Vergilər" qəzetində məlumat dərc edilib.

Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 1, mənzil 83 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Vega İnvestment" bu il yaradılıb. Onun qanuni təmsilçisi isə Məmmədəli Yaşar oğlu Hüseynovdur.