İcmal büdcənin xərclərinin yuxarı həddinə yenidən baxılmalıdır - Vüqar Gülməmmədov

17:04 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Azərbaycanda icmal büdcənin xərclərinin yuxarı həddinə yenidən baxılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, icmal büdcənin tərkibində bəzi qrupdaxili əməliyyatlar nəzərə alınmamalı olsa da, bu məsələ diqqətdən qaçıb: "Hesab edirik ki, bu maddə üzrə təkmilləşdirmələrə ehtiyac var".