16:37 - 4.11.2025
4 noyabr, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmaların cari xərclərin 88,1 %-ni qarşılaması gözlənir.
ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bildirib.
"Gələn il cari xərclərimiz büdcə xərclərinin 60,3 %-nə bərabər - 25,2 milyard manat olmalıdır. Bu da 2024-cü ilin faktiki göstəricisi ilə müqayisədə 18 % çox, 2025-ci ilin proqnoz göstərici ilə müqayisədə isə 0,4 milyard manat artıqdır. Cənab Prezidentin bəyan etdiyi hədəflərdən biri budur ki, cari xərclərimiz qeyri-neft-qaz gəlirləri hesabına qarşılansın. Əgər növbəti ildə bu nisbət 88 %-ə çatırsa, 2029-cu ildə hədəfimiz 100 %-dir", - deyə o qeyd edib. ©Report
10 Avqust 2026