14:35 - 3.11.2025
3 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Azərbaycanın mobil cihazlar bazarında adları açıqlanmayan brendlərin payı 25,71 % təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib. Məlumata görə, bu, sentyabr ayına nisbətən 2,78 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 15,48 faiz bəndi çoxdur.
Növbəti sıradakı "Samsung"un payı aylıq müqayisədə 1,92 faiz bəndi, illik müqayisədə 9 faiz bəndi azalaraq 24,55 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,17 faiz bəndi və illik müqayisədə 4,83 faiz bəndi artaraq 21,2 % olub.
Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 1,57 faiz bəndi, illik müqayisədə isə 10,04 faiz bəndi azalaraq 17,87 % təşkil edib. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq beşinci aydır azalır (ümumi azalma 32 % təşkil edir).
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026