İri banklar dövlətdən böyük məbləğdə depozit cəlb edib

17:07 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi tərəfindən təşkil edilən depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 300 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, oktyabrın 17-də xəzinə hesabının 600 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.