17:19 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi sitrus meyvələrinin istehsalının azalacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, əvvəlki ilə nisbətən portağal və limon istehsalında müvafiq olaraq 15,0% və 34,8% azalma proqnozlaşdırılır. Eyni zamanda, naringi istehsalında 7,1% artım gözlənilir.
Digər bağçılıq bitkilərinə gəlincə isə, əvvəlki ilə nisbətən əsas qoz-fındıq növlərinin məhsulunda azalma proqnozlaşdırılır.
Belə ki, fındıq məhsulu 38,5%, qoz 38,1%, püstə 61,1% azalacaq. Banan (1,6%) və zeytun (34,7%) istehsalında da azalma gözlənilir, qarpız və qovun istehsalında müvafiq olaraq 8,3% və 17,5% artım olacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026