11:55 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. "PAŞA Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 132,837 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % azdır.
9 ay ərzində "PAŞA Bank"ın gəlirləri 597,3 milyon manat (illik müqayisədə 7,8 % çox), xərcləri 407,413 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 17,557 milyon manat (15 % çox), mənfəət vergisi ödəmələri isə 39,493 milyon manat (2,5 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Bank"ın aktivləri 8 milyard 932,496 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur. Bunun 3 milyard 258,95 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,7 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 2,6 % artaraq 7 milyard 936,337 milyon manat, o cümlədən depozit portfeli 1,4 % azalaraq 6 milyard 766,21 milyon manat, balans kapitalı isə 18,8 % artaraq 996,159 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. (C) Report
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026