Qazaxıstan Azərbaycanla “Öz Müştərini Tanı” təcrübə mübadiləsi aparmaq istəyir

12:26 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Qazaxıstan Azərbaycanla “Öz Müştərini Tanı” (E-KYC) sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova "Baku Fintech Forum 2025"də bildirib.

O qeyd edib ki, istərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçıları da “Öz Müştərini Tanı” (E-KYC) sisteminin bir hissəsi olsun.

"Hazırda bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir az təəsüflənirəm. Lakin ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik", - Y. Salehova vurğulayıb.

Müəllif: Elmir Murad