14:33 - 6.10.2025
6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 26,7 % az icra edilib.
Bundan başqa, 9 ay ərzində büdcəyə sair daxilolmalar isə 563,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,6 % çox, proqnozdan isə 2,2 dəfə çoxdur.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026