16:32 - 9.10.2018
9 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) 2018 və 2019-cu illərdə dünya neft qiymətləri proqnozunu, müvafiq olaraq, bir barelə 69,38 dollar və 68,76 dollara qədər cüzi endirdi.
Dünya iqtisadiyyatı üzrə “World Economic Outlook (WEO) dövri icmalın oktyabr hesabatına əsasən, 2018-ci il üzrə neftin orta qiymətinin proqnozu 0,85 dollar, 2019-cu il üzrə isə 0,23 dollar / barel azaldılmışdır.
“2017-ci ildə neftin bir barelinin ehtimal edilən ortalama qiyməti 52,81 dollar olub, 2018-ci ildə bazar fyuçerslərinə əsaslanan ehtimal edilən qiymət 69.38 dollar və 2019-ci ildə 68.76 dollar olaraq təşkil etmişdir”, - Fondun hesabatında belə deyilir.
İyul ayında, BVF 2018-ci il üzrə dünya neft qiymətləri proqnozunu əhəmiyyətli dərəcədə yüksəldərək, bir barrel üçün 70,23 dollara çtdırdı. 2019-cu il üzrə neftin orta qiymətinin proqnozu həmçinin yüksəldilərək 68,99 dollara çatdırılmışdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026