Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rentabelli işləyir?

15:58 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü ili 8,613 milyon manat xərclə başa vurub.

ABC.AZ agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,4 % çoxdur.

Ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayrılmış qrantlar üzrə xərcləri 6,397 milyon manat (əvvəlki ilə nisbətən 47,1 % çox), işçi heyəti ilə bağlı xərcləri 789 min manat (1,3 % az), ümumi və inzibati xərcləri 1,194 milyon manat (58,6 % çox), köhnəlmə və amortizasiya xərcləri 189 min manat (0,2 % az), maliyyə xərcləri isə 44 min manat (4,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 2,566 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 2,5 dəfə artaraq 795 min manata, balans kapitalı isə 2,5 dəfə artaraq 1,771 milyon manata çatıb.