15:22 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Gürcüstan Milli Bankının (GMB) prezidenti Natia Turnava SWIFT-in təşkil etdiyi SIBOS beynəlxalq konfransında əsas məruzəçi kimi çıxış edib.
ABC.AZ xəbər verir ki, o, Gürcüstanın maliyyə xidmətləri sahəsində innovasiyaları, Orta Dəhliz boyunca strateji mövqeyi və qonşu ölkələrlə əməkdaşlığı barədə danışıb.
N.Turnava bildirib ki, Orta Dəhlizdə regional tərəfdaşlıq, maliyyə xidmətlərinin inkişafı qlobal iqtisadi qeyri-müəyyənlik və parçalanmaya qarşı tarazlıq yarada bilər. O əlavə edib ki, Gürcüstan SEPA-ya (Vahid Avropa Ödəniş Sahəsi) üzv olmaq üçün rəsmi müraciət edib və bu, Avropa ilə ödəniş əməliyyatlarını səmərəli edəcək, ticarət və nəqliyyat əlaqələrini gücləndirəcək.
Bankir həmçinin qeyd edib ki, Gürcüstan və tərəfdaşları innovativ, təhlükəsiz və inklüziv maliyyə ekosistemləri yaradaraq regional çağırışları imkanlara çevirə bilərlər və bu, həm regionun, həm də qlobal maliyyə sabitliyinin güclənməsinə töhfə verəcək. Report
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026