11:45 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Gürcüstan limanlarından Bakıya blok qatarının göndərilməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları" SC məlumat yayıb.
Bildirilib ki, qatar Batumi–Poti–Tbilisi–Abşeron–Sumqayıt–Ələt marşrutu üzrə hərəkət edəcək və əvvəlcədən müəyyən edilmiş qrafik əsasında işləyəcək.
Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə Almatıda müqavilə imzalanıb. Yeni xidmət Qara dəniz limanlarını Azərbaycanın iri terminalları ilə birləşdirəcək.
Blok qatarı yük sahiblərinə "terminaldan qapıya" adlı sadələşdirilmiş xidmət təqdim edəcək və konteynerlərin Poti limanından Bakıya ən qısa müddətdə daşınmasını təmin edəcək. Beləliklə, yük sahibləri konteynerlərin nə vaxt yola düşəcəyini və Bakıya çatma vaxtını əvvəlcədən dəqiq biləcəklər.
Şirkət hesab edir ki, yeni xidmət boş konteynerlərin Potidən Bakıya və geriyə avtomobillərlə deyil, dəmir yolu vasitəsilə daşınmasına imkan yaradacaq. Bu isə həm avtomobil yollarının yüklənməsini azaldacaq, həm də ətraf mühitə mənfi təsirləri minimuma endirəcək. © Report
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026