16:03 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycanın aqrar siyasətinin ana istiqamətindən biri fermerlərə daha çox gəlir gətirən bitkilərin əkilməsini təşviq etməkdir.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, fermerlərin gəlirləri əhəmiyyətli rol oynayır: "Daha dəyərli bitkilərin əkilməsini təşviq edirik. Kənd Təsərrüfatı Nazirliyi olaraq özümüzü iqlimə dayanıqlı kənd təsərrüfatı strategiyasının mərkəzində görürük".
O əlavə edib ki, iqlimə dayanıqlılıq fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026