10:26 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Tarixdə ilk dəfə qızılın qiyməti troya unsiyası başına 3900 dolları keçib: COMEX ticarətində dekabr fyuçersləri 3903,55 dollara çatıb.
ABC.AZ xbər verir ki, artım ABŞ hökumətinin “şatdaun”u, dolların zəifləməsi və geosiyasi qeyri-müəyyənlik fonunda davam edir. Cari il ərzində qiymətli metal 47%-dən çox artıb.
Mütəxəssislərin fikrincə, proqnoz yüksəliş yönümlü olaraq qalır. Belə ki, qarşıdakı hədəflər 3900 dollardan yuxarı — 4000 dollara qədərdir. Gümüş, həmçinin 1% artaraq 47,09 dollara — son 14 ildə ən yüksək səviyyəyə yüksəlib.