Mərkəzi Bank yeni layihəyə başlayır - Qiymət dəyişimi sorğuları keçiriləcək

11:20 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Biz Mərkəzi Bank olaraq bu gündən ev təsərrüfatlarının maliyyə davranışı barədə sorğukar keçirməyə başlayacağıq. təqdim edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun təqdimat mərasimində Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov bildirib.

O sözügedən layihənin məğzini belə izah edib:

"Bu nə deməkdir? Bundan sonra biz ev təsərrüfatlarının maliyyə davranışı barədə rəqəmsal sorğular aparıb, məlumatlar toplayacağıq. Burda, təkcə istehlak sualları olmayacaq, o cümlədən borc yükü barədə də suallar əlavə etmişik. Bu isə gələcəkdə makro iqtisadi nəticələr barədə məlumatlar əldə etməyimizə kömək edəcək. Sorğu əsasən, ailələrin ev təsərrüfatının maliyyə vəziyyəti barədə düşüncələri, ümumi gələcək gözləntiləri barədə suallarla əhatə olunub. Biz sorğunu ildə 4 dəfə keçirməyi planlaşdırırıq. Onu da qeyd edim ki, biz kəmiyyət sorğularına getmirik, əsas keyiyyət sorğusu edəcəyik. Məsələn, suallardan biri belə olacaq. Ötən maliyyə ilində ev təsərrüfatınız necə dəyişib. Bunlar hamısı qiymət dəyişim ilə bağlıdır".

Müəllif: Elmir Murad