Azərbaycan və ABŞ arasında pul köçürmələrinin həcmi kəskin artıb

12:28 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. 2025-ci ilin ilk 6 ayı üzrə Azərbaycan və ABŞ arasında pul köçürmələrinin həcmi kəskin artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ-dan Azərbaycandakı fiziki şəxslərə daxil olan pul baratları 30.5 milyon dollardan 52.1 milyon dollara yüksəlib. Bu, 71 faiz artım deməkdir.

Azərbaycandan ABŞ-a göndərilən pul köçürmələr isə 28,2 milyon dollardan 40 milyon dollara çatıb. Artım 42 faiz təşkil edib.

Bununla da ABŞ-nin Azərbaycana göndərilən pul köçürmələrdəki payı 5.4 faizdən 9.8 faizə qalxıb.

Ümumilikdə Azərbaycana daxil olmuş pul baratlarının həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz azalaraq 567.8 milyon dollardan 534 milyon dollara düşüb. Xaricə köçürülən vəsaitlər isə 259.6 milyon dollardan 238.2 milyon dollara enib ki, bu da 8 faiz azalma deməkdir.