15:28 - 23.09.2025
23 sentyabr, Fineko/abc.az. Dünya kripto zənginlərinin sayı rekord yeniləyib: 2025-ci ildə kriptomilyonerlərin sayı 241 700-ə çatıb ki, bu da ötən ilə nisbətən 40% çoxdur.
ABC.AZ xəbər verir ki, bu, Henley & Partners və New World Wealth-in kripto zənginliyi üzrə yeni hesabatından irəli gəlir.
Əsas drayver amil bitkoin milyonerlərinin sayının artması olub — onların sayı indi 145 100-dir, bu da keçən ilə nisbətən 70% çoxdur.
İyun ayına qədər kriptovalyutaların ümumi kapitallaşması 3,3 trilyon ABŞ dollarına çatıb (ildə +45%). Varlı investorlar kapitalın idarə edilməsində getdikcə daha çox alqoritmlər və süni intellektdən istifadə edir, İsveçrə isə rəqəmsal aktivlərin saxlanması üçün əsas mərkəzə çevrilir.
Sinqapur, Honq Konq və ABŞ isə kriptovalyutaların infrastrukturu və tənzimlənməsi üzrə liderlərdir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026