Azərbaycanda elektrikli avtobusların yığılması üzrə layihəyə start verilir

17:24 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Azərbaycanın "Improtex Group" şirkəti ilə Almaniyanın "MAN Truck & Bus" şirkəti arasında elektrikli avtobusların yığılması üzrə saziş imzalanıb.

ABC.AZ xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə imza atılıb. Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrikli avtobus parkının genişləndirilməsini hədəfləyir. © Report