Visa Bakıda yeni ofis açır

10:02 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Visa Azərbaycandakı fəaliyyətini genişləndirir və Bakıda yeni ofis açır.

ABC.AZ xəbər verir ki, bu barədə Visa-dan bildirilib.

Qeyd edilib ki, yeni filialın açılması Azərbaycan bazarının strateji əhəmiyyətini və Visa-nın ölkədə nağdsız iqtisadiyyatının inkişafına töhfə vermək istəyini vurğulayır.

"Yeni ofisin açılması komandanın genişləndirilməsi ilə müşayiət olunur. Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları işləyir. Visa bu addım sayəsində bütün Azərbaycan üzrə maliyyə qurumları, müəssisə və istehlakçılara dəstəyi gücləndirmək niyyətindədir. Bakıda yeni ofisin açılması Azərbaycanın müasir ödəniş texnologiyalarına güclü tələbatı olan regionun ən dinamik bazarlarından biri kimi Visa-nın strateji rolunu bir daha təsdiqləyir," – deyə, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) ölkələri üzrə Regional Prezidenti Tariq Mahmud bildirib.