2026-cı ildə Azərbaycanda əhalinin gəlirləri 26,5 % artacaq

15:46 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 97,4 milyard manat məbləğində proqnozlaşdırılır.

ABC.AZ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, proqnozlara əsasən, 2027-ci ildə əhalinin gəlirləri 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata, 2029-cu ildə isə 123,2 milyard manata çatacaq.

Beləliklə, 2026-2029-cu illərdə əhalinin gəlirləri 26,5 % artacaq.

2026-cı ildə əhalinin xərcləri 95,5 milyard manat, 2027-ci ildə 103,3 milyard manat, 2028-ci ildə 111,2 milyard manat, 2029-cu ildə isə 120,6 milyard manat təşkil edəcək.