15:23 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Total Finans" və "İşgüzar" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib.
"Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026