Tether ABŞ-da tənzimlənən USAT StableCoin-i işə salır

10:10 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. USDT-nin emitenti yeni aktiv – ABŞ-da tam tənzimlənən, dollara təminatlı ilk StableCoin olan USAT-ı təqdim edib.

ABC.AZ xəbər verir ki, Anchorage Digital kriptobank onun buraxılması ilə məşğul olacaq, ehtiyatlar isə Cantor Fitzgerald nəzarət edəcək.

USAT biznes və institusional müştərilər üçün nəzərdə tutulub, GENİUS Act-yə uyğundur və şəffaf ehtiyatlarla təmin olunacaq. Layihənin rəhbəri Bo Hines təyin edilib ki, bu da başlanğıcın strateji əhəmiyyətini vurğulayır.

Tether şaxələndirməyə davam edir, dolların rəqəmsal iqtisadiyyatdakı mövqeyini gücləndirir və qızıl hasilatı da daxil olmaqla investisiyaları genişləndirir.