Avropada müalicəyə davamlı ölümcül göbələk yayılır

17:33 - 11.09.2025


11 sentyabr, Fineko/abc.az. Avropada qanla nüfuz etdikdə yoluxanların 62%-ni öldürə bilən göbələk yayılır. Ekspertlər xəbərdarlıq edirlər: fəlakətin həqiqi miqyası rəsmi məlumatlardan daha yüksək ola bilər. 

ABC.AZ xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) hesabatında təsdiq edir ki, Candida auris göbələyi müalicəyə davamlılığı ilə təhlükəlidir və Avropada sürətlə yayılaraq tibbi sistemlər üçün ciddi təhdid yaradır.

Bundan əlavə, göbələk çox vaxt adi antifungal dərmanlarla keçmir, zəifləmiş xəstələrdə ağır infeksiyalar törədir və aylarla səthlərdə və avadanlıqlarda qala bilir.

Yeni yoluxmalar Kipr, Fransa və Almaniyada qeydə alınıb. Yunanıstan, İtaliya, Rumıniya və İspaniyada isə vəziyyət artıq ayrı-ayrı hallarla məhdudlaşmır — infeksiyalar bütün regionlara yayılır.