Hindistanın “Deccan Gold Mines” şirkəti Qırğızıstanda qızıl istehsalına başlayıb

12:13 - 3.09.2025


3 sentyabr, Fineko/abc.az. Hindistanın “Deccan Gold Mines Ltd” (DGML) şirkəti Qırğızıstanın “Altyn Tor” yatağında hasilatın başlandığını elan edib.

ABC.AZ xəbər verir ki, şirkət, Hindistan birjasında kotirovka olunan və qızılın kəşfiyyatı ilə hasilatına ixtisaslaşan yeganə şirkətdir.

 Bu layihə Hindistan mədən şirkətinin Orta Asiyada ilk xarici müəssisəsi oldu.

DGML, yerli operatoru Avelum Partners LLC vasitəsi ilə Solton Sarı minerallaşmış zonasında yerləşən layihənin 60%-nə nəzarət edir. Şirkət təxmin edir ki, filiz ehtiyatları təxminən 4,65 milyon ton təşkil edir ki, bu da hər tonunda 1,21 qram qızıl olmaql, təxminən 180 min unsiyaya bərabərdir.

Dore qızıl külçələrinin kommersiya istehsalının bu ilin oktyabrında başlaması planlaşdırılır. Şirkət bölgənin sərt iqlim şəraitinə baxmayaraq il boyu istehsal işini təmin etməyi planlaşdırır.