14:17 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Rusiya və İran "Şimal-Cənub" dəhlizi çərçivəsində dəmir yolu daşımalarının rəqəmsallaşdırılması barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, yeni razılaşma hərəkətli qatarların məlumatlarının elektron mübadiləsini təmin edəcək və iki ölkə arasında nəqliyyat inteqrasiyasının inkişafı üçün əsas yaradacaq.
Rusiya Dəmir Yolları və İran Milli Dəmir Yolu şirkəti iki ölkə arasında dəmir yolu nəqliyyatının avtomatlaşdırılmış monitorinqi üçün hüquqi zəmin yaradan anlaşma memorandumu imzaladılar.
Sənəd hər bir tərəfin ərazisində vaqonların və konteynerlərin vəziyyəti və yerləşdirilməsi barədə elektron məlumat mübadiləsini tənzimləyir.