Dağıstanda "Xəzər klasteri"nin tikintisinə bu il başlanılacaq

13:09 - 28.08.2025


28 avqust, Fineko/abc.az. Dağıstanda gələn ilin əvvəlinə qədər "Xəzər klasteri" obyektlərinin böyük hissəsinin tikintisinə başlanacaq.

ABC.AZ xəbər verir ki, Regional Turizm Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə otel biznesi ilə bağlı mövcud 18 investisiya layihəsi ilə işləməyə diqqət yetirmək qərarına gəlinib. Bütün sazişlər 2024-2025-ci illərdə imzalanıb, iştirakçılar turizm obyektlərinin layihələndirilməsi üzrə aktiv fəaliyyət göstərirlər.