ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib

10:42 - 22.08.2025


22 avqust, Fineko/abc.az. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

ABC.AZ quruma istinadla xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri təyin edilib.

AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri təyin olunublar.