Yeddi ayda Azərbaycana 63 401 ədəd avtomobil idxal edilib 

16:28 - 18.08.2025


18 avqust, Fineko/abc.az. 2025-ci ilin yeddi ayında Azərbaycana 63 401 ədəd avtomobil idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,2 milyard  dollar olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12 222 ədəd və ya 23,9%, dəyər ifadəsi ilə 227,2 milyon  dollar, yaxud da 24,1% artıb.
Dövr ərzində ölkəyə 25,2 milyon  dollar dəyərində 305 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,1 milyard  dollar dəyərində 58 044 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.