15:46 - 8.08.2025
8 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”, “Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə icrası məcburi göstəriş verib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki , “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026