16:23 - 23.07.2025
23 iyul, Fineko/abc.az. “Hershey” qənnadı məmulatlar şirkəti, kakao qiymətlərinin artması fonunda konfet qiymətlərini iki rəqəmli faizlə artıracaq.
ABC.AZ xəbər verir ki, “Hershey” nümayəndəsinin sözlərinə görə, qiymət dəyişikliyi "əhəmiyyətsiz, ikirəqəmli" olacaq və şirkətin qənnadı məmulatlarının bütün çeşidinə təsir edəcək.
1894-cü ildə əsası qoyulmuş Pensilvaniya şirkəti Hershey Kisses, KitKat, Reese's və York da daxil olmaqla 90-dan çox brendə sahibdir.
Son illərdə kakaonun qiymətləri qlobal kakao çatışmazlığı səbəbindən kəskin şəkildə artıb. Ərzaq qiymətlərini izləyən Sent-Luis Federal Ehtiyat Bankının məlumatına görə, iyun ayında bu məhsulun dəyəri 8,402 dollar təşkil edib ki, bu da beş il əvvələ nisbətən 73% çoxdur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026