14:33 - 16.07.2025
16 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanı 2026-cı ildə əcnəbilər üçün daşınmaz əmlak bazarı açmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, qanun Nazirlər Kabineti tərəfindən təsdiqlənib, lakin gələn il qüvvəyə minəcək.
Əcnəbilər yalnız ölkənin bəzi bölgələrində — məsələn, Riyad və Ciddə bölgələrində əmlak ala biləcəklər. Bundan əlavə, elə şəhərlər olacaq ki, orada daşınmaz əmlakla bağlı əməliyyatlar xüsusi şərtlərə riayət olunmaqla həyata keçiriləcək. Bu şəhərlərə Məkkə və Mədinə daxildir.
Səudiyyə Ərəbistanı geniş miqyaslı dövlət strategiyası və sabit neft iqtisadiyyatı ilə inkişaf edən ölkə olmaqla investorları maraqlandıra bilər.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026