Ermənistan XİN respublikanın ŞƏT üzvü olmaq istəyini bəyan edib

15:30 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir.

ABC.AZ xəbər verir ki, nazirlik ölkənin ŞƏT-in ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərini bölüşdüyünü vurğulayıb.

Hazırda Şanxay əməkdaşlıq Təşkilatının iştirakçıları Rusiya Federasiyası, Belarusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan və İrandır.