16:43 - 30.06.2025
30 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycan Kosmik Agentliyi(Azərkosmos) dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın iyun sayına əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.
Beş ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Bu ilin may ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 345,6 min ABŞ dolları ilə Nigeriya, 300,6 min ABŞ dolları ilə Türkiyə, 298,2 min ABŞ dolları ilə Misir qərarlaşıb.
18 Avqust 2026
17 Avqust 2026